- Qoşulma:
- Söz oyunu viktorinasına qoşulmaq üçün START açar sözü 9606 qısa nömrəsinə göndərilir.
- Abunəçidən gündəlik 0.27 AZN abunə haqqı cıxıldıqda, abunəçi “aktiv abunəçi” hesab olunur.
- Viktorinanın keçirilmə müddəti: 1 oktyabr 2026 tarixindən start verilir və avtomatik uzadılma imkanı ilə fasiləsiz olaraq davam edir.
- İstifadə qaydası:
- Xidmətə qoşulan abunəçiyə hər gün qarışıq sözlər göndərilir (5 qarışıq söz), məsələn: telefonalmaarmud sözü abunəçiyə mesaj ilə göndərilir.
- Mövzuya aid olmayan söz doğru cavab hesab olunur. Nümunədə mövzuya aid olmayan söz telefon sayılır.
- Cavabı (məsələn: telefon) söz kimi 9606 nömrəsinə göndərmək lazımdır.
- Cavabı düzgün tapan abunəçinin hesabına 10 xal əlavə edilir.
- Gün ərzində aktiv abunəçiyə 1 paket (5 qarışıq söz) göndərilir.
- Paket bitdikdə abunəçi DAVAM sözünü 9606 qısa nömrəsinə göndərərək ödənişli 1 paket (5 qarışıq söz) alır.
- Gün ərzində hər 5 paket alan abunəçiyə 1 paket (5 qarışıq söz) hədiyyə edilir.
- Topladığınız xalların sayını öyrənmək üçün INFO yazıb 9606 qısa nömrəsinə göndərmək lazımdır.
- Qaliblərin təyin edilməsi:
- Viktorinanın Qalibi – Viktorinanın keçirildiyi təqvim ayı ərzində ən çox xal toplamiş və reqlamentin şərtlərinə əsasən qaydalara dəqiq əməl etmiş iştirakçıdır.
- Təqvim ayı – Ayın 1-dən ayın sonuncu gününə qədər olan müddətdir.
- Ay ərzində (təqvim ayı) ən çox xal toplayan abunəçi “Ayın qalibi” hesab olunur ve hədiyyə qazanır.
- Təqvim ayının sonuncu günü, saat 23:59:59-da qalib avtomatik olaraq ən çox xal toplama sırasına görə müəyyən edilir. Qalibin müəyyən edilməsi anında viktorinaya aktiv abunəliyi olan iştirakçı Qalib elan edilir.
- Ayın qalibi 50 (əlli) AZN hədiyyə qazanır.
- İştirakçı 6 (altı) təqvim ayı ərzində yalnız 1 (bir) dəfə ayın qalibi ola bilər.
- Pul mükafatı İştirakçının Viktorinaya abunəliyi aktiv etdiyi GSM nömrəsinin balansına yüklənir. Pul mükafatı heç bir halda nəğd şəkildə təqdim edilmir.
- Mükafatın təqdim edilməsi ilə bağlı yaranan bütün vergi öhdəlikəri Provayder tərəfindən həyata keçirilir.
- Ləğv edilmə:
- Abunəçi istədiyi zaman stop sözünü 9606 qısa nömrəsinə göndərərək xidmətdən imtina edə bilər.
- Xidməti ləğv edən abunəçinin xalları sıfırlanır.
- Xidmət üçün abunə haqqının 30 təqvim günü ərzində çıxılması cəhdi uğursuz olarsa, xidmətə abunəlik avtomatik olaraq dayandırılır.